330x110
 

“Standard İnsurance” şirkətini məhkəməyə verən vətəndaş qalib gəldi - Qətnamə çıxarıldı

10.01.2020,12:13


10 yanvar, Fineko/abc.az. “Standard İnsurance” şirkəti ilə bağlı daha bir iddiaya baxılıb.

Belə ki, şikayətçi Təhməz Akif Asif oğlu Nəsimi Rayon Məhkəməsinə adıçəkilən şirkətdən narazılığını bildirərək ona dəymiş ziyanın ödənilmədiyini iddia edib.

ABC.AZ xəbər verir ki, bunu sığorta üzrə ekspert, hüquqşünas İlkin İbrahimov bildirib. Onun sözlərinə görə, iddia qaldırılandan sonra yanvarın 9-da Nəsimi Rayon Məhkəməsində vətəndaşın şikayətinə baxılıb və təmin olunub.  Bununla yanaşı iddia əsasında cavabdeh “Standard Sığorta” şirkətinin daha yuxarı məbləğdə 2 vətəndaşa da dəymiş ziyanın ödənilməsi barədə qətnamə çıxarılıb.

Müəllif: Elmir Murad