Azərbaycanın valyuta ehtiyatları xarici borcundan 5 dəfə çoxdur - Baş Bankir

15:48 - 10.01.2020


10 yanvar, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 51 milyard dolları keçib.

ABC.AZ xəbər verir ki, bunu Azərbaycanın Baş Bankiri Elman Rüstəmov sahibkarlar və bank rəhbərləri ilə keçirilən görüşdə deyib.

E.Rüstəmov qeyd edib ki, bu göstərici ölkənin xarici borcundan 5 dəfə çoxdur və ümumi daxili məhsul səviyyəsindədir.

Müəllif: Elmir Murad

 

Other news