Daşınmaz əmlakın icbari sığortasına daha bir töfhə - “İslahat İcmalı”nın bu dəfəki sayı ona həsr olunub

15:57 - 13.01.2020


13 yanvar, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən mütəmadi olaraq yayımlanan “İslahat İcmalı”nın 2020-ci il üçün ilk sayı işıq üzü görüb.

ABC.AZ xəbər verir ki, bu buraxılış Daşınmaz əmlakın icbari sığortasına həsr olunaraq Xüsusi buraxılış formatında hazırlanıb. İcmalda daşınmaz əmlakın sığortalanması sisteminin tarixi və dünya təcrübəsində tətbiqi, Azərbaycanda tətbiq olunan daşınmaz əmlakın icbari sığortasının şərtləri-sığorta haqları və tariflər, əhatə dairəsi, təminat verdiyi obyektlərin təsnifatı, sığorta hadisəsi hesab olunan və olunmayan halların müəyyənləşdirilməsi, sığorta hadisəsi baş verən zaman zəruri olan addımlar kimi önəmli məlumatlar oxuculara daha sadə və oxunaqlı şəkildə, infoqrafikalar vasitəsilə təqdim olunub.

Qeyd edək ki, “İslahat icmalı” ilə iqtisadiislahat.org saytında İcmallar bölümündən tanış ola bilərsiniz:

http://iqtisadiislahat.org/store/media/2020/Yanvar/%C4%B0slahat%20icmali%20dashinmaz%20emlak/Emlak%20insurance.pdf

 

Other news