Azərbaycanda daha bir bank ləğv olundu

09:20 - 23.12.2017


22 dekabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası dekabrın 23-dən etibarən “DəmirBank” ASC-nin lisenziyasını ləğv etmək qərarını qəbul etdi.

Palatadan verilən məlumata əsasən, bu qərar, bankın məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş məcmu kapitalın minimum miqdarından və məcmu kapitalın adekvatlıq əmsalının qanunvericiliklə nəzərdə tutulmuş 3%-dən az olduğuna, habelə  kreditorları qarşısında olan öhdəliklərini yerinə yetirə bilmədiyi səbəbindən qəbul edilib.

“DəmirBank” Əmanətlərin Sığortalanması Fonduna (ADIF) üzv bankdır və əhalinin sığortalanmış əmanətləri Fond tərəfindən ödəniləcək. Palatanın qərarı ilə banka müvəqqəti inzibatçı  təyin edilib. “DəmirBank” ASC barəsində iflas proseduruna başlanması ilə əlaqədar Palata artıq məhkəməyə müraciət edib”, - məlumatda belə deyilir.

Other news