Qeyri-neft ixracında 14 faizlik artım olub – Şahin Mustafayev

10:50 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz yanvarın 13-də prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirə keçirilib.

ABC.AZ xəbər verir ki, müşavirədə baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın əsas ticarət tərəfdaşları ilə münasibətlərindən danışaraq qeyd edib ki, görülən işlər nəticəsində uğurlu göstəricilər əldə olunub.

 Onun sözlərinə görə, qeyri-neft ixracında 14 faizlik artım məhz bu işlərin nəticəsində mümkün olub. Ş.Mustafayev qısa xatırlatma edərək vurğulayıb ki, Rusiyada Azərbaycanın ilk ticarət nümayəndəliyi yaradılıb və artıq iki orada ticarət və şərab evləri açılıb: “ Rusiya ilə ticarət dövriyyəsi keçən ilin 11 ayının nəticələrinə görə 20 faizə qədər idi, əminəm ki, illik nəticələr elan olunanda təxminən o səviyyədə də qalacaq. Yol xəritəsində bu ölkə ilə ticarət dövriyyəsinin yüksəldilməsi istiqamətində, həmçinin ölkələrarası, strukturlararası elektron mübadilə, aparılan prosedurların sadələşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması kimi tədbirlər nəzərdə tutulub. Keçən ilin sonunda çoxdan gözlənilən Samur çayı üzərində yeni körpünün açılışı olub. Hesab edirəm ki, bu infrastruktur layihəsinin icra olunması iki ölkə arasında ticarət mübadiləsinə çox ciddi müsbət təsir göstərəcək”.

Müəllif: Elmir Murad

 

Other news