Qoy, onlar öz təkliflərinə bir daha baxsınlar – Prezidentin müşavirədəki çıxışından

16:50 - 14.01.2020


14 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi yanvarın 13-də prezident İlham Əliyev keçirdiyi müaşvirədə bir sıra məsələlərə, o cümlədən Azərbaycanda tikiləcək yeni elektrik staniyalarından danışıb.

ABC.AZ xəbər verir ki, prezident bildirib ki, bizim enerji balansımızda bərpaolunan enerjinin payı hazırda təqribən 17-18 faizdir. “Bizim uzunmüddətli strategiyamıza görə, biz bunu ən azı 30 faizə çatdırmalıyıq. Onu da bildirməliyəm ki, müsabiqədə 9 şirkət iştirak edib. Yəni, özü də 9 ən böyük şirkət Azərbaycana bərpaolunan enerjini istehsal etmək üçün vəsait qoymağa hazırdır” deyə ölkə başçısı vurğulayıb. Prezidentin sözlərinə görə, sadəcə olaraq, iki şirkət seçildi, hansıların ki, şərtləri daha yaxşı idi: “Ancaq o demək deyil ki, qalan şirkətlər kənarda qaldılar, biz onları da dəvət edirik. Qoy, onlar öz təkliflərinə bir daha baxsınlar, şərtləri bizim üçün, ölkəmiz üçün daha məqbul etsinlər və buyursunlar, onlar üçün Azərbaycanda kifayət qədər yer var. Allaha şükür, Azərbaycan həm Günəşlə, həm küləklə zəngin ölkədir, müasir enerji infrastrukturu var. Yenə də Davosun hesabatında enerjinin əlçatanlığına görə Azərbaycan dünyada ikinci yerdədir. İxracımız da var, keçən il 60 milyon dollardan çox ixrac etmişik. Ona görə əminəm ki, bərpaolunan enerji növlərinin yaradılması bizim üçün növbəti prioritet sahə olacaq. Nazirlər Kabinetinə tapşırıram ki, müsabiqədə iştirak etmiş şirkətlərin təkliflərinə baxılsın, onlar dəvət olunsun, onlarla fərdi qaydada danışıqlar aparılsın və onlar da oxşar layihəni Azərbaycanda icra etsin”.

Müəllif: Elmir Murad

 

Other news