Xarici investisiyalı qurumlardan ƏDV ödəyicilərinin sayı artıb – Vergilər nazirliyi

11:19 - 15.01.2020


15 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Vergilər Nazirliyi qeydiyyata alınan hüquqi şəxslərlə bağlı açıqlama yayıb.

ABC.Az nazirliyə istinadən xəbər verir ki, qeydiyyatda olan xarici investisiyalı kommersiya qurumundan 10 338-i (76 faiz) məhdud məsuliyyətli cəmiyyət, 2 705-i (19,9 faiz) xarici şirkətlərin Azərbaycanda yaradılan filial və ya nümayəndəliyi, 123-ü (0,9 faiz) səhmdar cəmiyyət və 407-si (3 faizi) digər təşkilati-hüquqi formalardadır.

2018-ci ilin yekunları ilə müqayisədə aktiv xarici investisiyalı qurumların sayı 44,8 faiz artıb. Müqayisə edilən dövrdə aktiv xarici investisiyalı qurumlardan ƏDV ödəyicisi olanlarının sayı isə 250 vahid və ya 11,1 faiz artıb.

2019-cu il ərzində Azərbaycanda dövlət qeydiyyatına alınmış xarici investisiyalı kommersiya hüquqi şəxslərin 37,5 faizi Pakistanın, 17,2 faizi İranın, 13,6 faizi Türkiyənin, 7,7 faizi Hindistanın və 3,7 faizi Rusiyanın fiziki və hüquqi şəxsləri tərəfindən təsis edilib. 2020-ci il yanvarın 1-nə dövlət qeydiyyatında olan xarici investisiyalı kommersiya qurumlarının 40,4 faizi xidmət, 25,4 faizi ticarət, 10,8 faizi tikinti, 9,9 faizi sənaye, 2,7 faizi rabitə, 2,6 faizi nəqliyyat, 2 faizi kənd təsərrüfatı, 1 faizi maliyyə, 5,3 faizi digər sahələrdə fəaliyyət göstərirlər.

Müəllif: Elmir Murad

 

Other news