330x110
 

İcbari tibbi sığorta tətbiq olundu xəstələr axın etdi - Şəkidə

15.01.2020,17:19


15 yanvar, Fineko/abc.az. Bu il yanvarın 1-dən etibarən icbari tibbi sığortanın ilkin mərhələdə tətbiqinə başlanılan rayonlardan biri də Şəkidir.

ABC.AZ xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanası Publik hüquqi şəxsin direktor müavini Sərxan Musayev yanvarın əvvəlindən bu günədək xəstəxanaya 10 mindən çox sakin müraciət edib. Onlardan 140 nəfəri stasionar, 8508 nəfər isə ambulator müalicəyə cəlb olunub. Gün ərzində xəstəxanaya orta hesabla 1500-2000 nəfərədək vətəndaş müraciət edir.

Qeyd edək ki, icbari sığortaya keçən rayonlarda əhalinin ehtiyac olub-olmamasından asılı olmayaraq xəstəxanalara müraciət etdikləri müşahidə olunur. Bu da xidmətin keyfiyyətinin aşağı düşməsinə, həqiqi xəstələrin tibbi xidmət almalarına mane olur.

Müəllif: Elmir Murad