Şübhəli kreditlərin verilməsinə nəzarət gücləndiriləcək – Bank sektoru ilə bağlı tədbirlər planı

10:59 - 17.01.2020


17 Yanvar, Fineko/abc.az. 2020-ci ilin 3-cü rübünədək Mərkəzi Bank bank sektorunda bir sıra tədbirlər həyata keçiriləcək.

Həmçinin ölkənin əsas bankı şübhəli kreditlərin verilməsinə nəzarətin gücləndirilməsi üzrə müvafiq tədbirlər də həyata keçirəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun sərəncamı ilə təsdiqlənən "2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda qeyd edilib.

Sözügedən planda qeyd edilib ki, bunula yanaşı, ilin sonunadək Mərkəzi Banka İqtisadiyyat və Maliyyə Nazirlikləri ilə birgə bank sektorunun real sektoru dəstəkləməsi, biznes kreditlərinin verilməsi və faizlərin aşağı salınması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Müəllif: Elmir Murad

 

Other news