Qatarlara bilet satışında yeni qayda – Bu gündən tətbiq olunacaq

11:59 - 23.01.2020


23 yanvar, Fineko/abc.az. Ölkə daxilində hərəkət edən qatarlara bilet satışı qaydalarına dəyişiklik edilib.

Bu barədə ABC.AZ-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.

Belə ki, yeni qaydaya əsasən, sərnişinlər biletləri qatarların yola düşməsinə 10 gün deyil, 30 gün qalmış əldə edə biləcəklər. Dəyişiklik bilet satışının təkmilləşdirilməsi, sərnişinlərin biletləri daha rahat və tez almasını təmin etməyə xidmət göstərir.

Qeyd edək ki, bilet satışında yeni qayda yanvarın 23-dən tətbiq olunacaq.

Müəllif: Elmir Murad

 

Other news