330x110
 

“Procter and Gamble Europe” şirkəti Azərbaycana sərmayə qoyacaq - Bakıda mərkəz yaradır

23.01.2020,15:23


23 yanvar, Fineko/abc.az.  “Procter and Gamble Europe” şirkəti Bakıda regional mərkəzini yaradacaq.

ABC.Az xəbər verir ki, bu barədə müzakirələr prezident İlham Əliyevin Davosda “Procter and Gamble Europe” şirkətinin prezidenti Loik Tassel ilə görüşü zamanı olub.

Belə ki, görüşdə bildirilib ki, “Procter and Gamble Europe” şirkəti fəaliyyətini Orta Asiya və Uzaq Şərqə doğru genişləndirmək niyyətindədir və regional mərkəz olaraq məhz Bakı şəhəri seçilib. Qeyd olunub ki, prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar və Azərbaycanda yaradılan biznes mühiti şirkətin ölkəmizdəki ofisi vasitəsilə Şərqə doğru genişlənməsinə əlverişli imkan yaradacaq.