330x110
 

Fond ABŞ dollarındakı aktivlərə daha çox sərmayə yatıracaq – Hesablama Palatası

23.01.2020,17:00


23 yanvar, Fineko/abc.az. İlk dəfə olaraq Dövlət Neft Fondunun investisiya siyasəti layihəsində valyuta vəsaiti portfelinin valyutalar üzrə tərkibində dəyişikliklər nəzərdə tutulub.

ABC.AZ xəbər verir ki, bu, Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcəsinin layihəsinə bildirdiyi rəyində qeyd olunub.

Belə ki, Fondun valyuta vəsaitinin məcmu dəyərinin 55-70 faizi (cari ildə 50 faiz) ABŞ dollarında ifadə olunan aktivlərə, 15- 30 faizi (cari ildə 35 faiz) avroda olan aktivlərə, 5 faizə qədəri İngiltərə funt sterlinqində (cari ildə eyni) olan aktivlərə, qalan 10 faizə qədəri isə digər valyutalarda (cari ildə eyni) ifadə olunan aktivlərə yerləşdirilməsi nəzərdə tutulub.

Avrozonada iqtisadi artım sürəti aşağı olmaqla müşahidə edilir. Bundan əlavə, Avrozona ölkələrində əhəmiyyətli dərəcədə kütləvi borc öhdəliyi olmasının və yaşanan iqtisadi zəifləmənin yaxın dövr üçün yumşaq pul siyasətinin tətbiqinə işarə etməsi, bununla yanaşı, nəzərə alsaq ki son zamanlar avro sabit gəlirli qiymətli kağızlar bazarlarında gəlirlilik əyrisi aşağı düşməkdə davam edir. Bu isə öz növbəsində avro portfeli üçün 2020-ci ildə mənfi gəlirlilik gözləntisinə şərait yaradır.

Müəllif: Elmir Murad