Fonddan kirayə veriləcək mənzillərlə bağlı daha bir açıqlama - Ən qısa zamanda prosesə başlanacaq

10:43 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə veriləcək mənzillərlə bağlı açıqlama yayıb.

ABC.AZ Fonda istinadən xəbər verir ki, açıqlamada bildirilib ki, hazırda “Elektron ipoteka və kredit zəmanət” sisteminin ipoteka kreditləri ilə bağlı hissəsi tam işlək vəziyyətdədir. Fondla müvəkkil təşkilatlar arasında əməliyyatların real rejimdə davam etdirilməsi tam təmin edilir. Ən qısa müddət ərzində satmaq öhdəliyi ilə kirayə mexanizmi üzrə bağlı müraciətlərin qəbulu prosesinə başlanılacaq.

Fondun məlumatında vurğulanıb ki, yanvarın 22-də müraciətlərin kütləviliyi sistemin işində donma və ləngimələrə gətirib çıxarıb, müraciətlərin qəbulu zamanı yaranmış texniki problem bütövlükdə sistemin fəaliyyəti ilə deyil, yalnız vətəndaşların istifadəsinə verilmiş yeni modulla əlaqədar idi. Bununla əlaqədar vətəndaşların müraciətləri üzrə ədalətli növbəliliyin və bərabər imkanların təmin edilməsi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılıb və heç bir müraciət qeydə alınmayıb.

Müəllif: Elmir Murad

 

Other news