330x110
 

Ötən ay ölkədə 288 minik avtomobili istehsal olunub

24.01.2020,14:12


24 yanvar, Fineko/abc.az. Ötən ay Azərbaycanda istehsal olunan minik avtomobillərinin sayı açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dekabrda ölkədə 288 minik avtomobili istehsal edilib.

İl ərzində maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 16 milyon manatlıq məhsul istehsal edilib.

Həmçinin ötən ay 4 traktor istehsal olunub.