SOCAR-ın Neft Fonduna 90 milyon dollar borcu var? – Palatadan açıqlama

15:07 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. SOCAR Dövlət Neft Fonduna (ARDNF) 90,9 milyon dollar ödəyəcək. Bu qurumun Azərbaycan Qaz Təchizatı Şirkətinə (AQTŞ) yaranmış borcu ilə əlaqədardır.

ABC.AZ xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2020-ci il büdcə layihəsinə verdiyi Rəyində qeyd olunub.

Belə ki, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Neft Fondu və Dövlət Neft Şirkəti arasında imzalanmış SOCAR-ın “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri və Cənub Qaz Dəhlizi layihələri üzrə mənsub olduğu paylara düşən gəlirlərin idarə olunmasına dair Razılaşma Protokolunun icrasına uyğun olaraq növbəti illər ərzində Dövlət Neft Fonduna ödənişlərin ümumi həcmi (xam neftin 55 dollar ilə) 90,94 milyon dollar təşkil edəcək.

Qeyd edək ki, 2007-2008-ci illərdə xam neftin satışında qiymət fərqi yarandığından SOCAR tərəfindən Azərbaycan Qaz Təchizatı Şirkətinə (AQTŞ) borc yaranıb. Sözügedən borcun isə bu il ödənilməsi həyata keçiriləcək.

Müəllif: Elmir Murad

 

Other news