330x110
 

“NBC Bank”-ın verdiyi kreditləri ən çox gecikdirən lənkəranlılardır - Hesabat

24.01.2020,15:28


24 yanvar, Fineko/abc.az. “NBC Bank”-ın Bakıdan sonra  ikinci ən çox kredit verdiyi şəhər Sumqayıtdır.

ABC.AZ Bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, ötən ilin sonuna NBC Bankın kredit portfeli 252 milyon 598 min manat olub.

Bankın verdiyi kreditlərin 239 milyon 441 min manatı Bakının payına düşüb. Bu da ümumi kreditlərin 95%-dir. Sumqayıtda isə Bank tərəfindən 5 milyon 446 min manat kredit verilib ki, bunun da 404 min manatının və ya 7,4%nin vaxtı keçib. Sumqayıtdan sonra ən çox kredit Gəncə şəhərində verilib. Burada 4 milyon 920 min manat kredit verilib ki, bunun da 394 min manatanın və ya 8%-nin vaxtı keçib. Bank Lənkərənda 1 milyon 657 min manat  kredit verib, bu məbləğin 215 min manatının və ya 12,9%-nin vaxtı keçib. Şəkidə verilən 1 milyon 134 min manat kreditin isə 104 min manatının  və ya 9,1%-nin vaxtı keçib.

Qeyd edək ki, ümumilikdə bankın  verdiyi kreditlərin 9 milyon 048 min manatının və ya 3,58%-nin vaxtı keçib.

Müəllif: Elmir Murad