Toyuq əti istehsalı azalıb, yumurta isə artıb - Statistika

16:26 - 24.01.2020


24 yanvar, Fineko/abc.az. Azərbaycanda quşçuluq ətinin istehsalı azalıb, yumurta istehsalı isə artıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci il yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda quşçuluq müəssisələrində diri çəkidə 67,2 min ton quş əti istehsal olunub. Bu  2019-cu il yanvarın 1-i ilə müqayisədə 7,20 min ton və ya 9,67% azdır. Belə ki, 2019-cu il yanvarın 1-nə kimi ölkədə 74,4 min ton quş əti istehsal olunub.

Quş əti istehsalı azalsa da, yumurta istehsalında artım qeydə alınıb. Belə ki, bu il yanvarın 1-nə olan məlumata görə, 764,5 milyon ədəd yumurta istehsal olunub. Bu da 2019-cu ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 124,30 milyon ədəd yumurta və ya 19,4% çoxdur. Belə ki, 2019-cu ildə 640,2 milyon ədəd yumurta istehsal olunmuşdu.

 

Other news