Evimin qapısı 24 saat seçicilərimin üzünə açıqdı - Oruc İbrahimov

10:23 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. Millət vəkilliyinə namizəd Oruc İbrahimov ölkənin aparıcı KİV nümayəndələri ilə görüşüb.

ABC.AZ xəbər verir ki, namizədliyini 19 saylı Nərimanov birinci seçki dairəsindən irəli sürən O. İbrahimovun jurnalistlərlə görüşü olduqca səmimi və maraqlı keçib.

Belə ki, görüş zamanı jurnalistləri maraqlandıran xeyli suallar O.İbrahimov tərəfindən cavablandırılıb, gələcəkdə deputat olarsa hansı işləri görüləcək onlar açıqlanıb. Öz evini ofis edən və hər kəsin üzünə açan O.İbrahimov seçicilərini evdə qəbul edir, onların problem və dərdləri ilə maraqlanır.  Jurnalistlərlə keçirilən görüş zamanı da namizəd fürsətdən istifadə edib bütün seçicilərinə qapısının 24 saat açıq olduğunu elan etdi və onları öz evinə dəvət etdi.

Müəllif: Elmir Murad

 

Other news