Bank BTB-nin depozit portfeli artıb – 8 faiz

11:51 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bank BTB ötən ilin yekunları ilə bağlı hesabatını açıqlayıb.

ABC.AZ Bankın hesabatına istinadən xəbər verir ki, 2018-ci il ilə müqayisədə 2019-cu ildə Bank BTB-nin faiz gəlirləri 2 milyon 949 min manat, yəni 15% artaraq 22 milyon 17 min manat, qeyri-faiz gəlirləri isə 210 min manat və ya 3% artaraq 6 milyon 797 min manat təşkil edib.

Adıçəkilən bank 2019-cu ildə depozit portfelini 133 milyon 344 min manata çatdıra bilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.

Qeyd edək ki, müştəri depozitləri əsasən tələbli və müddətli hesablarda uyğun olaraq 32% və 68 % nisbətində cəmlənib.  Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ildə Bank BTB-nin faiz xərcləri 900 min manat, yəni 8% artaraq 11 milyon 788 min manat, qeyri-faiz xərcləri isə 1 milyon 133 min manat, yəni 8% artaraq 14 milyon 472 min manat təşkil edib.

Müəllif: Elmir Murad

 

Other news