Azər Türk Bank “Möcüzə var” xeyriyyə aksiyasına dəstək verdi

10:56 - 26.12.2017


Dövlət bankı Azər Türk Bank, Həyat Fondu və Beat Group şirkətinin birgə tərəfdaşlığı ilə 23 dekabr tarixindən etibarən Bakıda  “Möcüzə var” adlı xeyriyyə aksiyası başlamışdır.

Təşkilatçılar yanvarın 14-ə kimi, hər həftənin şənbə və bazar günləri bakılıları və şəhərimizin qonaqlarını Gənclik Mall ticarət mərkəzinə, tanınmış sənətçilərin konserti ilə müşayiət olunan xeyriyyə tədbirinə dəvət edirlər. Bundan əlavə, xeyriyyə məqsədi ilə, 28 Mall, Port Baku Mall, “Bravo” supermarketləri, CinemaPlus zallarında və Beat Group restoranlarında  ianə vermək istəyi olan müştərilər üçün şərait yaradılmışdır.

Toplanan vəsait leykemiya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə yönəldiləcəkdir.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində rolu olan dövlət bankı Azər Türk Bankın sponsor qismində çıxış etdiyi bu tədbir, həm də onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara ölkə ictimaiyyətinin diqqətini cəlb etmək, onların problemlərinə şərik olmağa səsləmək üçün mühüm əhəmiyyət kəsb edir.

22 ildir fəaliyyət göstərən “Azər Türk Bank” ASC-nin səhmlərinin 75 faizi Azərbaycan dövlətinə məxsusdur.

 

Other news