Dəmir yolu ilə xaricə gedən Azərbaycan vətəndaşları artıb – 83 faizə yaxın olub

14:52 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. 2019-cu ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 13,4 faiz artaraq 5567,7 min nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ölkə vətəndaşlarının 36,7 faizi İrana, 28,9 faizi Gürcüstana, 17,6 faizi Rusiya Federasiyasına, 11,4 faizi Türkiyəyə, 5,4 faizi isə digər ölkələrə gedib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 23,7 faiz, Gürcüstana gedənlərin sayı 12,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 5,7 faiz, Türkiyəyə gedənlərin sayı isə 4,6 faiz artıb. 2019-cu ildə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,6 faizi dəmir yolu və avtomobil, 16,7 faizi hava, 0,7 faizi isə su nəqliyyatından istifadə edib.

 

Other news