Azərbaycanda hər 100 ailəyə düşən avtomobiilərin sayı açıqlanıb - Siyahı

16:28 - 27.01.2020


27 yanvar, Fineko/abc.az. Azərbaycanda hər 100 ailəyə nə qədər avtomobilin düşdüyü açıqlanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2018-ci il göstəricilərinə görə, Azərbaycanda hər 100 ailəyə 53 avtomobil düşür. Bu göstərici 2017-ci illə müqayisədə 1 ədəd azdır.

Avtomobillərin böyük hissəsi Bakı və Abşeron iqtisadi rayonun ərazisində yerləşən ailələrin payına düşüb. Belə ki, bu ərazidə yaşayan hər 100 ailəyə 98 avtomobil düşüb. Bakıdan sonra hər 100 ailəyə düşən avtomobil sayına görə, Gəncə və Sumqayıt şəhərləri qərarlaşıb. Belə ki, Gəncədə hər 100 ailəyə 57 , Sumqayıtda isə 52 avtomobil düşüb.

Qeyd edək ki, növbəti pillələrdə isə hər 100 nəfər ailəyə 50 avtomobillə Göygöl və Şəmkir rayonları və 49 avtomobillə Ağcabədi rayonu qərarlaşır.

 

Other news