“AGBank”: bankın bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas yoxdur

12:35 - 26.12.2017


26 dekabr, Fineko/abc.az. Azərbaycanın “AGBank” bankının rəhbərliyi bankın ehtimal olunan bağlanması haqqında yayılmış sözlərə münasibət bildirib.

Bankın İdarə Heyətinin sədri Əfqan Cəlilov bildirib ki, bank hal-hazırda əvvəlki qaydada fəaliyyətini davam etdirir və onun bağlanmasına heç bir maliyyə, iqtisadi, hüquqi əsas yoxdur.

“Sadəcə olaraq maliyyə bazarında mövcüd riskləri nəzərə alaraq bank daha ehtiyatlı kredit siyasəti həyata keçirir. Bank yaxın günlərdə müştərilərin rahatlığına hesablanmış  yeni məhsullar  təqdim etməklə yanaşı bir sıra innovativ layihələr də həyata keçirəcək”, - bunu Ə.Cəlilov bildirib.

Onun sözlərinə görə, bankda hal-hazırda 700-dən çox ibarət peşəkar işçi kollektivi çalışır. Bankda hazırki müştəri sayı 320 000-dən artıqdır və kreditlərin verilməsində heç bir problem yoxdur.

Bankın ümumi ipoteka kredit portfeli 56,3 mln. manat təşkil edir. Bu günədək bank tərəfindən adi və sosial şərtlərlə 1800-dən artıq ipoteka kreditləri verilib və hazırda bankda 1600 aktiv kredit mövcuddur. AGBank tərəfindən yenilənmiş ipoteka şərtləri əsasında artıq 11.3 mln. manat məbləğində ipoteka krediti verilib.

 

Other news