Azərbaycan alkoqollu içkilərin ixracını artırıb

11:30 - 30.01.2020


30 yanvar, Fineko/abc.az.  Xəbər verdiyimiz kimi  İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin yanvar sayı təqdim olunub.

ABC.AZ yeni saya istinadən xəbər verir ki, 2019-cu ildə Azərbaycanda meyvə-tərəvəz ixracı 605,8 milyon, plastmass və onlardan hazırlanan məmulatların ixracı 179,4 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 128 milyon, pambıq lifi ixracı 124 milyon,  kimya sənayesi məhsullarının ixracı 102,9 milyon, elektrik enerjisinin ixracı 76,8 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 57,6 milyon, pambıq ipliyi ixracı 30,2 milyon, şəkər ixracı  26,9 milyon,  alkoqollu və alkoqolsuz içkilərin ixracı 23,7 milyon ABŞ dolları təşkil edib.

2018-ci illə müqayisədə 2019-cu ildə pambıq lifinin ixracı 54 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 51 faiz, alkoqollu və alkoqolsuz içkilərin ixracı 46 faiz, kimya sənayesi məhsullarının ixracı 32 faiz, pambıq ipliyinin ixracı 27 faiz, elektrik enerjisi ixracı 17 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı 14 faiz, şəkər ixracı 8 faiz, meyvə-tərəvəzin ixracı 8 faiz  artıb.


Other news