Maaş kartları artıb, kredit kartları isə azalıb – Mərkəzi Bankdan Hesabat

16:45 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. 2019-cu il ərzində Azərbayacanda əməkhaqqı kartlarının sayı 276 min ədəd artıb, kredit kartlarının sayı isə 63 min ədəd azalıb.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil edib.

Hesabata əsasən, ötən il noyabr ayının sonu ilə müqayisədə dekabrda cəmi ödəniş kartlarının sayı 59 min ədəd artıb. Belə ki, noyabrın sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 207 min ədəd olub.

Cəmi ödəniş kartlarının sayı yanvarda 39 min ədəd, fevralda 74 min ədəd, martda artmayıb, apreldə 97 min ədəd, mayda 247 min ədəd, iyunda 43 min, iyulda 121 min ədəd, avqustda 77 min ədəd, sentybarda isə 58 min ədəd artıb. Oktyabrda isə cəmi ödəniş kartlarının sayı 130 min ədəd azalıb. Azalma sosial kartların azalmasından qaynaqlanmışdı. Qeyd olunur ki, sosial kartların sayında azalma aqro kartların müddətinin bitməsi ilə əlaqədar idi. Onu da qeyd edək ki, bu il kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyalarını almaları üçün yeni fermer kartı veriləcək.

Müəllif: Elmir Murad

 

Other news