Azərbaycanda sosial kartların sayı 26 min ədəd azalıb – Dekabrda

16:54 - 31.01.2020


31 yanvar, Fineko/abc.az. 2019-cu ilin noyabrında cəmi ödəniş kartlarının sayı 71 min ədədə artıb.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, sosial kartların da sayı azalıb.

Belə ki, noyabr ayının sonu ilə müqayisədə dekabrda sosial kartların sayı 26 min ədəd azalaraq 2 milyon 383 min ədədə düşüb. Sosial kartlar azalsa da əməkhaqqı kartlarının sayı dekabrda 10 min ədəd artaraq 2 milyon 316 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartlarının sayı 29 min ədəd artaraq 1 milyon 769 min ədədə, kredit kartlarının sayı isə 46 min ədəd artaraq 797 min ədədə çatıb.

Qeyd edək ki, əməkhaqqı kartlarının sayındakı artıma işçilərin rəsmiləşdirilməsi üzrə həyata keçirilən tədbirlər təkan verib.

Müəllif: Elmir Murad

 

Other news