Azərbaycan Gürcüstan vә Ukraynaya soğan ixracına başlayıb – Qәtәrə də mal əti satılacaq

11:48 - 3.02.2020


3 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi “Aqrar tәdarük vә tәchizat” ASC ixracla bağlı statistik məlumatlar yayıb.

ABC.AZ xəbər verir ki, Səhmdar Cəmiyyətdən bildirilib ki, artıq Pakistan və Cənubi Koreyaya ixrac üçün danşıqlar aparılır. Nigeriyaya isə artıq iki məhsul ixrac olunub.

Qurumdan bildirilib ki, Ukrayna Azərbaycana yaxın olsa da bu ölkәyә ixrac göstәricilәrimiz yüksәk deyil: “Bu baxımdan, Ukrayna bazarı bizim üçün böyük potensial olan ölkәdir vә ASC tәrәfindәn bu ölkәyә üzüm, pomidor vә sarımsaq ixracı hәyata keçirilib. Bundan әlavә Bәrdә, Ağdam, Ağcabәdi rayonlarında soğan, Quba-Xaçmaz regionu vә Ağsu rayonunda sarımsaq istehsal edәn fermerlәrә ixrac üçün mәhsullarının hazırlanması, saxlanılması vә qablaşdırılması barәdә tәlimlәr verilib. Bu mәhsullar üçün potensial ixrac bazarları, bu bazarlara loqistika kanalları, ixrac üçün sertifikatların alınması vә gömrük sәnәdlәşdirilmәsi haqqında fermerlәr mәlumatlandırılıb. Soğan vә sarımsaq mәhsullarının Gürcüstan vә Ukrayna bazarlarına ixrac edilmәsindә fermerlәrә dәstәk göstәrilib. Әlavә olaraq yerli fermerlәrә dәstәk olaraq Quba-Xaçmaz bölgәsindә Nigeriya vә BӘӘ kimi ölkәlәrin yeni bazarlarına gilas ixracı üçün mәhsulun hazırlanması, qablaşdırılması, gömrük sәnәdlәşdirilmәsi vә göndәrilmәsi ilә bağlı tәlimlәr keçirilib. İstehsal olunan mal әtinin Qәtәr dövlәtinә ixrac edilmәsi üçün fermerlәrlә görüşlәr keçirilib. Bundan әlavә yerli fermerlәrә dәstәk olaraq Hacıqabul rayonunda istehsal olunan toyuq mәhsulunun BӘӘ-nә ixracı hәyata keçirilib. Fermerlәrә Әrәb ölkәlәrinin yeni bazarlarına ixrac üçün mәhsulun hazırlanması, qablaşdırılması, gömrük sәnәdlәşdirilmәsi vә göndәrilmәsi ilә bağlı tәlimlәr keçirilib”.

Müəllif: Elmir Murad

 

Other news