Bu ölkələr arasında Türkiyədən ən çox malı Azərbaycan alıb – 10 illik statistika açıqlandı

12:22 - 3.02.2020


3 fevral, Fineko/abc.az. Türkiyə Statistika Komitəsi (TÜİK) Türkiyənin Türkdilli ölkələrə 2010-2019 dövründə etdiyi cəmi ixracın həcmini açıqlayıb.

ABC.AZ xəbər verir ki, sözügedən dövrdə Türkiyənin Türkdilli dövlətlərə ixracı  50 milyard 931 milyon dollar təşkil edib. Türkiyə ən çox mal Azərbaycana ixrac edib.

Belə ki, qardaş ölkə 10 ildə Azərbaycana 19 milyard 687 milyon dollar mal satıb. Növbəti yerlərdə 13 milyard 598 milyon dollarla Türkmənistan, 8 milyard 473 milyon dollarla Qazaxıstan, 6 milyard 42 milyon dollarla Özbəkistan və 3 milyard 132 milyon dollarla Qırğızıstan gəlir.

Türkiyədən Türk respublikalarına edilən cəmi ixrac 2010-da təxminən 3 milyard 921 milyon, 2011-də  5 milyard 40 milyon, 2012-də 5 milyard 841 milyon, 2013-də 6 milyard 908 milyon, 2014-də 7 milyard 108 milyon, 2015-də 5 milyard 290 milyon, 2016-da 3 milyard 992 milyon, 2017-də 4 milyard 165 milyon,  2018-də 3 milyard 965 milyon və 2019-cu ildə 4 milyard 701 milyon dollar təşkil edib.

Müəllif: Elmir Murad

 

Other news