Valyuta ehtiyatlarımız artıq 52 milyard dollara çatıb - Prezident

11:23 - 4.02.2020


4 fevral, Fineko/abc.az. Bildiyiniz kimi fevralın 3-də Prezident İlham Əliyevin rəhbərliyi ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfrans keçirilib.

ABC.AZ xəbər verir ki, Prezident çıxışında bir sıra məqamlara, o cümlədən Azərbaycanın valyuta ehtiyatlarına toxunaraq onun artdığını bildirib. “Yanvar ayını nəzərə alsaq, bizim valyuta ehtiyatlarımız artıq 52 milyard dollara çatıbdır, təkcə keçən ay ərzində 1 milyard dollar artmışdır. Bu, bizim strateji ehtiyatımızdır. Bu, bizim iqtisadi müstəqilliyimizi və böyük dərəcədə siyasi müstəqilliyimizi təmin edir",- Azərnbaycan Prezidenti bildirib.

Müəllif: Elmir Mura

 

Other news