Neft Fondu satdığı valyutanın həcmini açıqlayıb – Azalma var

11:33 - 5.02.2020


5 fevral, Fineko/abc.az. Dövlət Neft Fondunun 2020-ci ilin yanvarında satdığı valyutanın həcmi açıqlanıb.

Fonddan ABC.AZ -a verilən məlumata görə, ötən ay 300,2 milyon dollar satılıb. Bu isə o deməkdir ki, ötən illə müqayisədə valyuta satışı iki dəfədən də çox azalıb.

Qeyd edək ki, 2019-cu ilin yanvarında Neft Fondu 634,9 milyon dollar satmışdı.

 

Other news