Tezliklə Rostov-Bakı-Rostov aviareysi həyata keçiriləcək

16:43 - 5.02.2020


5 fevral, Fineko/abc.az. Rusiyanın “Azimut” aviaşirkəti Rostov şəhərindən Bakıya və Yekaterinburqa uçuşlar həyata keçirməyə başlayacaq.

Xəbər verilir ki, Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Azimut” aviaşirkətinə Rostovdan Bakıya uçuşlar həyata keçirməyə icazə verib.

Martın 30-dan başlanacaq uçuşlar “SSJ-100” təyyarələri ilə həftədə iki dəfə - bazar ertəsi və cümə günləri həyata keçiriləcək. Təyyarələr səhər 7:00-da Rostovun “Platov” aeroportundan havaya qalxıb, saat 10:05-də Bakıya enəcək. Bakı-Rostov reysi isə həmin günlər 11:05-dən 12:20-dək davam edəcək.

© Azertag.az

 

 

Other news