Chevron son 10 ildə bir rüb ərzində böyük itkilər verdiyini açıqlayıb

14:20 - 6.02.2020


6 fevral, Fineko/abc.az. “Chevron” neft şirkəti 2019-cu ilin sonuncu rübünün maliyyə hesabatını açıqlayıb. Hesabatda şirkətin son 10 ildə ən çox ziyana düşdüyü dövrlər əksini tapıb.

“Chevron”un məlumatına istinadla xəbər verilir ki, bunun səbəbi Appalaçia regionunda şist qazı hasilatı üzrə sahələrin hesabdan silinməsi ilə bağlıdır.

Enerji şirkəti dördüncü rübdə 3,73 milyard dollar məbləğində xalis mənfəət barədə məlumat verməklə yanaşı, şist qazı layihəsi və Meksika körfəzinin dərin sularındakı layihələrlə bağlı 10,4 milyard dollar həcmində birdəfəlik xərclərini sadalayıb.

Bir səhm üçün 3,51 dollar səviyyəsində xalis ziyan hesablanıb. “Chevron” şirkətinin mədaxili 36 milyard dollar təşkil edib ki, bu da 2018-ci ilin eyni rübü ilə müqayisədə təqribən 15 faiz azdır.

“Chevron”un rəhbərliyi bildirib ki, şirkətin gündəlik neft hasilatı orta hesabla 3 milyon barreldir. Hesabat açıqlanandan sonra onun səhmlərinin qiyməti 4 faiz düşüb.

© Azertag.az

 

Other news