Səngəçal terminalından gündəlik nə qədər qaz ixrac olunur? – BP şirkətindən cavab

15:27 - 6.02.2020


6 fevral, Fineko/abc.az. Səngəçal terminalının ötən il ümumi qaz emalı və ixrac gücü (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetr olub.

ABC.AZ xəbər verir ki, bu BP şirkətinin 2019-cu il üçün Biznes Əməliyyatları Hesabatında qeyd olunub.

Hesabata əsasən il ərzində terminal təqribən 263 milyon barel neft və kondensat, o cümlədən 235 milyon barelə yaxın Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə və təqribən 28 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edib.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini Azəriqazın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

2019-cu il ərzində terminaldan həmçinin gündəlik orta hesabla 45 milyon standart kubmetrdən çox (təqribən 1 milyard 600 milyon standart kubfut) Şahdəniz qazı ixrac edilib.

 

 

Other news