Neftin qiymətləri yavaş-yavaş artır, “Azeri Light”-ın qiyməti $1,4 azaldı

09:57 - 7.02.2020


7 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, cümə axşamı günü qeyd olunan fərqli yöndə hərəkətdən sonra, cümə günü yüksəlir.

Fevralın 6-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $0,35 (0,63%) azalaraq bir barelə $54,93 təşkil etmişdir. Aprelin fyuçers qiyməti saat 9:30-da $0,12 (0,22%) artaraq bir barelə $55,05 təşkil etmişdir.

Fevralın 6-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $0,20 (0,39%) bahalaşaraq bir barelə $50,95 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:30-da $0,06 (0,12%) bahalaşaraq bir barelə $51,01 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,87 (1,41%) düşərək bir barelə $60,66 təşkil edib.

 

Other news