Bank filialları azalıb, işçiləri isə artıb - Hesabat

15:40 - 7.02.2020


7 fevral, Fineko/abc.az. 2019-cu ildə banklarda çalışan əməkdaşların sayı açıqlanıb.

ABC.AZ Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, ötən il bank sektorunda çalışanların sayı 2 min 45 nəfər artıb. Belə ki,  2019-cu ilin sonunda bankların işçilərinin sayı 19 min 460 nəfər olub. 2018-ci ilin sonunda bu say 17 min 415 nəfər idi.

Təkcə ötən ilin dekabr ayında bankların işçilərinin sayı 219 nəfər artıb.

Qeyd edək ki, ötən ilin sentyabr ayında bankların filiallarının sayı 515 ikən ilin sonunda 509-a düşüb. Bankların işçilərinin sayı filialların azaldığı bir dövrdə artıb.

Müəllif: Elmir Murad

 

Other news