Neftin qiymətləri azalır, “Azeri Light”-ın qiyməti $0,04 ucuzlaşdı

10:11 - 10.02.2020


10 fevral, Fineko/abc.az. OPEC+ növbədənkənar görüşünün keçirilməsi ehtimalının azalması fonunda, bazar ertəsi neftin etalon markaların qiymətləri aşağı düşür.

Fevralın 7-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $0,46 (0,84%) enərək bir barelə $54,47təşkil etmişdir. Aprelin fyuçers qiyməti saat 9:25-də $0,08 (0,15%) enərək bir barelə $54,39 təşkil etmişdir.

Fevralın 7-də Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi $0,63 (1,24%) enərək bir barelə $50,32 təşkil etmişdir. Mart ayı üzrə fyuçers qiyməti saat 9:25-də $0,06 (0,12%) enərək bir barelə $50,26 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $0,04 (0,07%) düşərək bir barelə $60,62 təşkil edib.

OPEC+ ölkələri nazirlərinin fevralda koronavirus ilə bağlı növbədənkənar görüşü gözlənilmir, deyə energetika naziri Pərviz Şahbazov bildirib.

"Vəziyyət bir daha təhlil edilib və bu gün belədir ki, nazirlər vaxtından əvvəl görüşməyəcək, bu görüş mart ayında, planlaşdırıldığı kimi keçiriləcək", - deyə P. Şahbazov bildirib.

 

Other news