Əmanət qoyuluşlarının gəlirlilik faizi azalıb – Mərkəzi Bank

17:01 - 10.02.2020


10 fevral, Fineko/abc.az. Azərbaycanda əmanət qoyuluşlarının gəlirlilik faizi azalıb.

ABC.AZ xəbər verir ki, bu il yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycan banklarında manatla yerləşdirilən depozitlər üzrə orta faiz dərəcəsi 9,27 %, xarici valyuta üzrə isə 1,84 % təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı hesabata əsasən, gəlirlilikdə aylıq müqayisədə müvafiq olaraq 0,04 % bəndi və 0,09 % bəndi azalma qeydə alınıb.

Qeyd edək ki, bu müddətdə fiziki şəxslərin manatla yerləşdirilən əmanətləri üzrə orta faiz dərəcəsi də 9,76 faizdən 9,68 faizə, xarici valyuta ilə yerləşdirilən əmanətlərin orta faiz dərəcəsi isə 2,45 faizdən 2,40 faizə enib.

 

Other news