Ölkənin yanvar ayı üzrə gündəlik neft hasilatı 769 min barrel olub

11:29 - 11.02.2020


11 fevral, Fineko/abc.az. 2020-ci ilin yanvar ayı üzrə respublikada gündəlik neft hasilatı 769 min barrel olub.

Bunun 678 min barrelini xam neft, 91 min barrelini kondensat təşkil edib. Gündəlik 540 min barrel xam neft, 87 min barrel kondensat, 22,3 min barrel neft məhsulları ixrac edilib.

Bu barədə ABC.AZ-a Energetika nazirliyi məlumat verib.

Nazirlik yanvar ayında gündəlik neft hasilatı ilə bağlı məlumatları OPEC-in Birgə Monitorinq Komitəsinin Müştərək Texniki Komissiyasına təqdim edib.

Qeyd edək ki, 2019-cu ilin 6 dekabrında OPEC və qeyri-OPEC Nazirlərinin VII Görüşündə “OPEC plus” üzrə gündəlik neft hasilatının əlavə olaraq 500 min barrel azaldılması barədə qərar qəbul edilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq, Azərbaycanın öhdəliyi 7 min barrel artırılaraq 27 min barrel müəyyən edilib. 2020-ci ilin birinci rübünün sonunadək Azərbaycan gündəlik neft hasilatını 769 min barrel həcmində saxlamalıdır.

 

Other news