“Sığorta Mübahisələri üzrə Mediasiya Mərkəzi” yaradılıb – Artıq qeydiyyata da alınıb

11:31 - 14.02.2020


14 fevral, Fineko/abc.az. Azərbaycanda “Sığorta Mübahisələri üzrə Mediasiya Mərkəzi” MMC fəaliyyətə başlayacaq.

ABC.AZ xəbər verir ki, artıq bununla bağlı Vergilər Nazirliyi adıçəkilən MMC-ni dövlət qeydiyyatına alıb.

Yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 58, mənzil 4, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə sığorta bazarı üzrə ekspert Tural İsfəndiyar oğlu Şükürovdur.

 

© Report.az

Other news