16:50 - 17.02.2020
17 fevral, Fineko/abc.az. Şadlıq evlərində POS-terminallar quraşdırıla bilər.
ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, “POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları”nın 1.2-ci bəndinə əsasən, şadlıq evləri həmin obyektlər sırasındadır.
Belə ki, istirahət və əyləncə obyektləri, mehmanxanalar, şadlıq evləri, yanacaqdoldurma məntəqələri, hava, su, dəmiryol və avtomobil nəqliyyatı vasitələri ilə sərnişindaşımada biletlərin satışını həyata keçirən satış məntəqələri və turizm şirkətlərində (təsərrüfat subyektinin (obyektinin) qeydiyyata alındığı tarixdən) POS-terminallar quraşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, 2020-ci il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminal quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə birinci dəfə yol verildikdə 1000 manat, ikincidə 3000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6000 manat maliyyə sanksiyası tətbiq olunur.
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
19 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
18 April 2024
19 April 2024
17 April 2024
17 April 2024
17 April 2024
18 April 2024