Azərbaycanda traktor istehsalı dayandı – Səbəb

15:31 - 18.02.2020


18 fevral, Fineko/abc.az. Yanvar ayında Azərbaycanda traktor istehsalı tamamilə dayanıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, yanvar ayında ölkədə traktor istehsal edilməyib. Bu səbədən anbarlarda satılımayan 286 traktor qalıb.

Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda 905 traktor istehsal edilib ki, onun da 289-u 2019-cu ilin sonuna kimi anbarda qalmışdı Bu o deməkdir ki, ötən ay cəmi 3 traktor satılıb.

Bu onu göstərir ki, Azərbayanda traktor istehsalı son aylarda kəskin azalıb. Buna sübut kimi dekabrda cəmi 4 ədəd, noyabrda 2 ədəd traktor buraxılmışdı.  Müqayisə üçün bildirək ki, ötən ilin yanvarında ölkədə 188 ədəd traktor istehsal edilmiş, anbarda traktor qalmamışdı.

 

Other news