Qızıl və gümüş cüzi bahalaşdı - Birja

10:13 - 19.02.2020


19 fevral, Fineko/abc.az. Dünya birjalarında satılan qızıl və gümüşün qiymətləri açıqlanıb.

ABC.AZ xəbər verir ki, sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 1,32 dollar bahalaşaraq 1 604,930 dollara ticarət olunub. Gümüşün unsiyasının qiyməti isə 0,09 dollar artaraq 18,24 dollara satılıb.

 

Other news