Məhkəmələrdə monitorinq aparıldı - Hakimilərə xəbərdarlıq olundu

10:42 - 19.02.2020


19 fevral, Fineko/abc.az. 2019-cu ildə Məhkəmə-Hüquq Şurası tərəfindən 50-yə yaxın məhkəmədə monitorinq aparılıb və onların yol verdikləri pozuntularla bağlı xəbərdarlıq olunub. Belə halların yaranmasına səbəb olan hakimlər barədə ciddi tədbirlər görülüb.

ABC.AZ xəbər verir ki, bunu Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov rəsmi qəzetdəki  məqaləsində yazıb.

Məqalədə qeyd edilib ki, 2019-cu ildə Bakı şəhərinin Xətai, Nəsimi, Sabunçu, Səbail, Yasamal rayon məhkəmələrinin, həmçinin Şirvan, Abşeron, Cəlilabad, Gədəbəy, Göygöl, Hacıqabul, Xaçmaz, Qazax, Quba, Masallı, Sabirabad, Salyan, Şamaxı, Tərtər, Zaqatala, Zərdab, digər şəhər və rayon məhkəmələrinin fəaliyyətinə dair müraciətlər nisbətən çox daxil olub. Bununla yanaşı apellyasiya və hərbi məhkəmələrin fəaliyyəti barədə müraciətlər də az olmayıb: “Əvvəlki illə müqayisədə iqtisadi mübahisələrlə bağlı müraciətlərin sayı azalıb. Azərbaycan Prezidentinin məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ açan “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanının icrası nəticəsində sahibkarlıq fəaliyyəti barədə mübahisələrin həllinin tezləşdirilməsində mühüm addımlar atılıb, o cümlədən sahibkarların hüquqlarının təmin olunmasında məhkəmə qərarlarının icrasının yaxşılaşdırılması üzrə tədbirlər görülüb”.

Müəllif:Elmir Murad

 

Other news