Naxçıxavndakı bankların qoyduqları kreditin həcmi açıqlanıb – Ötən ildə

14:41 - 19.02.2020


19 fevral, Fineko/abc.az. Naxçıvandakı banklar və kredit təşkilatları tərəfindən 31 dekabr 2019-cu il tarixə iqtisadiyyata yönəldilən kredit qoyuluşunun həcmi 171 milyon 191 min manat olub.

ABC.AZ Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinə istinadən xəbər verir ki, bu kreditlərin 6 milyon 240 min manatı qısamüddətli, 164 milyon 951 min manatı isə uzunmüddətli kreditlərin payına düşür. Verilmiş kreditlərin 12 milyon 434 min manatı kənd təsərrüfatı, 10 milyon 945 min manatı sənaye, 3 milyon 703 min manatı tikinti, 6 milyon 289 min manatı daşınmaz əmlakla əlaqədar ipoteka kreditlərinə, 105 milyon 333 min manatı digər kommunal, sosial və istehlak kreditlərinə yönəldilib.

Kreditlərin 8,7 faizli kənd təsərrüfatı, 7,6 faizi sənaye sahələrinə qoyulub.

Müəllif: Elmir Murad

 

Other news