Neftin qiymətləri yüksəlir, “Azeri Light” $1,9 bahalaşıb

10:12 - 20.02.2020


20 fevral, Fineko/abc.az. Neftin etalon markalarının qiymətləri, çərşənbə günü ticarətində yüksəlişdən sonra cümə axşamı artmaqda davam edir.

Fevralın 19-da Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in aprel fyuçersi  $1,37 (2,37%) artaraq bir barelə $59,12 təşkil etmişdir. Bu günkü ticarətdə “Brenti”in aprel fyuçers qiyməti saat 9:30-da $0,21 (0,36%) artaraq bir barelə $59,33 təşkil etmişdir.

Fevralın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında “WTI” markalı neftin mart fyuçersi  $1,24 (2,38%) artaraq bir barelə $53,29. Mart ayı üzrə fyuçers qiyməti  çərşənbə günü saat 9:30-da $0,25 (0,47%) artaraq bir barelə $53,54 təşkil etmişdir.

“Azeri Light” markalı neftin bir barelinin qiyməti $1,9 (3,15%) artaraq bir barelə $62,16 təşkil edib.

 

Other news