İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regionlarda filial şəbəkəsi açacaq – Zaur Əliyev

11:27 - 20.02.2020


20 fevral, Fineko/abc.az. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi regionlarda filial şəbəkəsi açmağı planlaşdırır.

ABC.AZ xəbər verir ki, bunu Agentliyinin direktoru Zaur Əliyev keçirdiyi mətbuat konfransında deyib.

Z.Əliyev qeyd edib ki, filialların sayı 11 olacaq. Agentlik sədri bütün xəstəxanalar və ya polikilinikaların tərkibində yeni ailə sağlamlıq mərkəzlərinin qurulduğunu da bildirib: “Orda sahə pediatrlar, mama-ginekoloqlar, terapevtlər yeləşdirilib. Təcili-təxirəsalınmaz tibbi yardımla bağlı bildirmək istəyirəm ki,əvvəl orada qəbul şöbəsi vardı, biz bu sistemi dəyişmişik. Artıq qəbul şöbələrinin nəzdində təcili tibbi yardım bölməsi yaratmışıq. Bu nə deməkdir? Orda xəstə otaqları yaradılıb və orada xəstənin vəziyyətinə baxılır. Ehtyac yaranarsa xəstə yatırdılır, ehtiyac olmasa ilkin tibbi yardımdan sonra evə buraxılır”.

Müəllif: Elmir Murad

 

Other news