Azərbaycan xaricdən yağ idxalını artırıb – 300 tona yaxın

12:15 - 20.02.2020


20 fevral, Fineko/abc.az. Azərbaycan 2020-ci ilin yanvar ayından xaricdən 4 milyon 966 min dollar dəyərində 1007 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu 2019-cu ilin yanvar ayı ilə müqayisədə 1 milyon 82 min dollar və ya 27,8%, 289 ton və ya 40% artıb.

Belə ki, 2019-cu ilin yanvar ayında xaricdən Azərbaycana 3 milyon 884 min dollar dəyərində 718 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

 

 

 

Other news