İtaliya ilə ötən il ticarət dövriyyəmiz 6 milyard dollara çatıb – İlham Əliyev

15:10 - 21.02.2020


21 fevral, Fineko/abc.az. İqtisadi sahədə əməkdaşlığımızın gələcək inkişafı çox müsbət olacaq.

ABC.AZ xəbər verir ki, bunu İtaliyada səfərdə olan prezident İlham Əliyev italiyalı həmkarı ilə birgə bəyanatla çıxış edərkən bildirib.

Dövlət başçısı qeyd edib ki, bundan sonra biz İtaliya şirkətlərinin qeyri-neft sektorunda əməkdaşlıq etmələrini görəcəyik. “Bu günə qədər də bir çox İtaliya şirkətləri Azərbaycanda müxtəlif layihələrdə iştirak ediblər. Ticarət dövriyyəsinə gəldikdə, İtaliya bizim üçün dünya miqyasında bir nömrəli tərəfdaşdır. Keçən il ticarət dövriyyəmiz 6 milyard dollara çatıb. Düzdür, bunun böyük hissəsi neft sektoruna aiddir. Ona görə biz ticarət dövriyyəmizin şaxələndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq” deyə İ.Əliyev bildirib.

Müəllif: Elmir Murad

 

Other news