Cahangir Əsgərov:“İran Air” aviaşirkətinin reyslərinə heç bir məhdudiyyət qoyulmayacaq

15:41 - 24.02.2020


24 fevral, Fineko/abc.az. “Buta Airways” aviaşirkəti hazırda İran istiqamətindəki uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

ABC.AZ xəbər verir ki, belə məlumatı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti yayıb.

Məlumatda qeyd olunub ki, AZAL prezidenti Cahangir Əsgərov məsələ barədə bunları deib: “Aşağıbüdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır. Həmçinin bildirmək istəyirəm ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda və Azərbaycanın digər hava limanlarında “İran Air” aviaşirkəti tərəfindən yerinə yetirilən reyslərə heç bir məhdudiyyət tətbiq olunmayacaq”.

Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportunun müvafiq qurumları Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi ilə birlikdə İrandan gələn reyslərdə sanitar-karantin nəzarətini gücləndirib, bu istiqamətdə əlavə tədbirlər görüləcək.

 

Other news