“AccessBank”-da yeni təyinat

17:12 - 24.02.2020


24 fevral, Fineko/abc.az. “AccessBank”a yeni mətbuat katibi təyin olunub.

Belə ki, uzun illər media və PR sahəsində çalışan Sərvinaz Ələkbərova Banka yeni mətbuat katibi təyin olunub.

Bu barədə məlumatı ABC.AZ-a S.Ələkbərovun özü deyib.

Yeni təyinata qədər S. Ələkbərova Red Communications şirkətində PR vəzifəsində, bağlanmış ANS və Space telekanlında çalışıb. Ali təhsilini isə Azərbaycan Dillər Universitetinin Beynəlxalq Münasibətlər fakültəsində alıb.

Müəllif: Elmir Murad

 

Other news